Bu gün Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ümumrayon iməciliyi keçirilib.
“İki sahil” xəbər verir ki, iməcilik zamanı rayonunun bütün inzibati ərazi dairələri üzrə yaşayış məntəqələrində fəaliyyət göstərən sosial obyektlərin, inzibati binaların həyətlərində, kəndlərin mərkəzindən keçən yolların, içməli su hövzələrinin, su kanallarının və kollektorların, kənd qəbristanlıqlarının ətraflarında təmizlik işləri aparıb, məişət tullantıları məhv edilib, ağaclar əkilib və əhənglənərək suvarılıb.
Şəhər mərkəzində isə küçələr təmizlənərək yuyulub, məişət obyektləri və yayayış binalarının fasadları təmizlənib, park və meydanlardakı ağac və güllər səliqəyə salınıb.
Keçirilən iməciliklərin bir neçə gün davam etdirilməsi nəzərdə tutulub.