14 mart 2023 19:48
446

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına işgüzar səfəri martın 14-də başa çatıb.

“İki sahil” xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Berlin şəhərinin Brandenburq “Willy Brandt” aeroportunda Azərbaycan Prezidentini rəsmi şəxslər yola saldılar.