16 mart 2023 07:31
626

Prezident İlham Əliyevin Almaniya səfəri Moldova KİV-lərinin diqqət mərkəzində olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyaya səfəri, keçirdiyi görüşlər və səfərin yekunları ilə bağlı mətbuat konfransında söylədiyi fikirlər Moldova KİV-in diqqət mərkəzində olub.

“İki sahil” xəbər verir ki, , “Point”, “Noi” və digər xəbər portallarında dərc olunan məqalələrdə dövlətimizin başçısının Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer və Kansleri Olaf Şolts ilə görüşləri işıqlandırılıb. Məqalələrdə, həmçinin Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsinin nəticələri və sülh şansını qaçırmamaqla bağlı Ermənistan rəhbərliyinə verdiyi mesajlar əksini tapıb.