18 mart 2023 10:03
334

Sülhməramlılara məxsus altı avtomobil Laçın istiqamətinə maneəsiz keçib

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edir.

“İki sahil” xəbər verir ki, Xankəndidən Laçın istiqamətinə hərəkət edən Rusiya sülhməramlılarına məxsus üç təminat, bir tibbi yardım maşını və iki minik avtomobili aksiya ərazisindən maneəsiz keçib.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.