18 mart 2023 19:59
389

Çanaqqalada Azərbaycan şəhidləri abidəsi ucaldılıb

Çanaqqalada Azərbaycan şəhidləri abidəsi ucaldılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov tvitter hesabında yazıb.

“Çanaqqala Zəfərinin 108-ci ildönümündə Çanaqqala Şəhidliyində türk qardaşlarımızla birlikdə bu müqəddəs torpaqda canlarını fəda edən Azərbaycan şəhidlərinin xatirəsinə ucaldılan abidə ziyarətçilərin istifadəsinə verilib”, - səfir qeyd edib.