20 mart 2023 18:56
494

Həştərxandakı Azərbaycan İş Mərkəzində Novruz şənliyi keçirilib

Həştərxandakı Azərbaycan İş Mərkəzində Novruz şənliyi keçirilib. 

“İki sahil” xəbər verir ki,  mərasimə  Azərbaycan və  digər xalqların  diasporasının üzvləri, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) üzvləri, vətəndaş cəmiyyətinin nümayəndələri və  rəsmi  şəxslər qatılıb.

Novruz atributları ilə bəzədilmiş meydançada həm də Novruz təamları ilə zəngin yarmarka təşkil olunub. Bayram təbriklərindən sonra mərasim mahnı və rəqslərlə,  uşaqların  yumurta döyüşdürməsi və digər  Novruz  oyunları ilə davam edib. Ayrı- ayrı musiqi kollektivlərinin çıxış etdiyi Novruz şənliyinə tədbir iştirakçıları da qoşulub. Tədbir   möhtəşəm  Yallı rəqsi ilə bitib.