21 mart 2023 12:53
687

Şuşada ekoaksiya iştirakçıları üçün bayram aşı bişirilir FOTO

Hazırda Şuşada Novruz şənliyi ilə əlaqədar ekoaksiyanın iştirakçıları üçün bayram aşı hazırlanır.

“İki sahil” xəbər verir ki, Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunun yaxınlığında açılan bayram çadırında kabab, ət və göy qutabları bişirilir, həmçinin səməni, xonça və digər atributlar düzülüb.

Ekoaksiyanın təşkil olunduğu ərazidə əsl Novruz ab-havası hökm sürür.