21 mart 2023 14:50
561

Şuşada ekoaksiya Novruz şənliyi fonunda yüksək əhvali-ruhiyyə ilə davam edir FOTO

Şuşada Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasının iştirakçıları üçün təşkil edilən Novruz şənliyi davam edir.

“İki sahil” xəbər verir ki,  aksiya iştirakçıları üçün hazırlanan Novruz süfrəsinin təamlarından olan şəkərbura, paxlava, qoğal və digər şirniyyatlar təqdim edilib. 

Bundan əlavə, aksiya iştirakçılarına Novruz bayramı sovqatı paylanılıb. Eləcə də burada quraşdırılan bayram çadırında Azərbaycanın milli mətbəxinin xörəkləri bişirilib. Dünən olduğu kimi bu gün də ərazidə quraşdırılan musiqi səhnəsində vətənpərvərlik və milli ruhda mahnılar səsləndirilir.

Qeyd edək ki, ərazidə bayram simvolu sayılan səməninin təsviri quraşdırılıb.

Hazırda aksiya bayram əhvali-ruhiyyəsi ilə davam edir.