“Azərbaycanla qardaşlığa əsaslanan əlaqələrimiz bundan sonra da nümunəvi inkişaf edəcək”.
“İki sahil” xəbər verir ki, bunu ABŞ-ın Nyu-York şəhərində Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşən Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi tvitterdəki hesabında yazıb.
“Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və onun nümayəndə heyəti ilə Türk evində görüşdük. Ortaq dil, mədəniyyət və tarixdən qaynaqlanan qardaşlığımıza əsaslanan əlaqələrimiz bundan sonra da hər sahədə bir çox ölkələrə nümunə olacaq səviyyədə inkişaf edəcək”, - Vahit Kirişçi sosial şəbəkə hesabında qeyd edib.
İranın "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir - MEDİA
İran Kəşfiyyat Nazirliyinin AzTV-ni "düşmən media qurumları" siyahısına daxil etməsi təəccüb doğurur - MEDİA