Fransanın “Arte” telekanalı “Qarabağ, qayıdış vaxtı” adlı film nümayiş etdirib.
“İki sahil” Trend-ə istinadən xəbər verir ki, filmdə Ermənistanın işğalından azad edilmiş Azərbaycan ərazilərində aparılan bərpa işlərindən bəhs edilir. İnsanların rifahının təmin olunması üçün bu rayonlarda quruculuq işlərinin sürətlə aparıldığı vurğulanır.
Telekanalın Azərbaycanda səfərdə olan jurnalistləri Qarabağdakı mövcud vəziyyətlə yanaşı, sülh prosesindən də danışırlar.
Filmdə qeyd olunur ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı danışıqlarda son vaxtlar durğunluq müşahidə edilir.
Trend həmin videomaterialı oxuculara təqdim edir:
Qəbul edilmiş qərar ictimai nəqliyyat sahəsində idarəetmənin daha təkmil şəkildə təşkilinə yönəlib
AQTA “Doğru seçim, yüksək nəticə” adlı maarifləndirici layihəyə start verib - Video
Yeni qanun əməkhaqqı sahəsində gender bərabərliyinin daha dolğun təminatına xidmət edir