Azərbaycanda son sutkada koronavirus (COVID-19) 155 peyvənd vurulub.
“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 41, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 61, “buster” doza ilə peyvənd olunanların sayı 50, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 3 nəfərdir.