26 mart 2023 22:27
828

“Qalatasaray”ın prezidentindən Azərbaycan Prezidenti İlham Əliyevə hədiyyə FOTO

Bu gün Türkiyənin “Qalatasaray” klubu ilə “Qarabağ” arasında xeyriyyə matçı keçirilib.

“İki sahil” xəbər verir ki, qardaşlıq oyunundan öncə "Qalatasaray"ın prezidenti Dursun Özbek Azərbaycan Prezidenti İlham Əliyevə klubun formasını hədiyyə edib.

D. Özbek Prezident İlham Əliyevə klubun 10 nömrəli formasını verib. 

Xatırladaq ki, xeyriyyə matçı "Qalatasaray" klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.