Dünən Bakıda Ağdamın "Qarabağ" və Türkiyənin "Qalatasaray" komandaları arasında xeyriyyə oyunu keçirilib.
“İki sahil” xəbər verir ki, Bakı Olimpiya Stadionunda təşkil olunan qarşılaşma "Qalatasaray"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, qardaş ölkənin komandası bu qarşılaşmaya böyük önəm verərək "Qarabağ"la matç öncəsi “Can Azərbaycanda Zəfər deyil, səfərbərlik zamanıdır" şüarı ilə paylaşım etmişdi.
Həqiqətən bu bir yarışmadan çox qardaşlaşmış komandalar arasında bir oyun idi.
Bunu “Qalatasaray” futbolçularının rəftarından da görmək olurdu. Futbolçular yerli azarkeşlərlə mehriban rəftar edir, oyundan əvvəl onlarla böyük məmnuniyyətlə şəkil çəkdiriblər.
Bu barədə “Qalatasaray”lı fanatlardan Şahin Məmmədli məlumat verib.
O, qonaq komandanın Mauro İkardi, Lukas Torreyra kimi dünya şöhrətli oyunçuları, o cümlədən klub prezidenti Dursun Özbək, həmçinin baş məşqçi Okan Burukla çəkdirdiyi şəkilləri saytımızın oxucuları ilə bölüşüb.