31 mart 2023 12:13
560

Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.

“İki sahil” xəbər verir ki, paylaşımda deyilir:

"Xalqımıza qarşı törədilmiş cinayətləri unutmayacağıq və tariximizin təhrif olunmasına heç vaxt imkan verməyəcəyik! Allah bütün şəhidlərimizə rəhmət eləsin!"