01 aprel 2023 22:00
390

Ölkəmizdə peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) 440 peyvənd vurulub.

“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 374, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 19, “buster” doza ilə peyvənd olunanların sayı 35, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 12 nəfərdir.