Bakı Biznes Universitetinin “Humanitar elmlər” kafedrasının təşkilatçılığı ilə 2 aprel- Ümumdünya Autizm Məlumatlandırma Gününə həsr olunmuş “Autizm haqqında maarifləndirmə” adlı tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə “Humanitar elmlər” kafedrasının müdiri i.ü.f.d. Aysel Qasımova qonaqları və iştirakçıları salamlayaraq tədbiri açıq elan edib.
Daha sonra “Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova İctimai Birliyin fəaliyyəti haqqında məlumat verməklə yanaşı, həm də Autizm sindromlu övladın valideyni qismində çıxış edib.

“Birgə və Sağlam” İctimai Birliyinin nəzdində Autizm Mərkəzinin Təhsil koordinatoru Nərmin Rəhimli çıxış edərək “Autizm spektr pozuntusu nədir?”, “ Autizmli şəxslərlə necə davranmalı?” kimi günümüzdə maraq doğuran ən aktual məsələlərə toxunmuşdur. Bununla yanaşı, İctimai Birliyin fəaliyyətini əks etdirən video-çarx təqdim olunub və tədbir sual-cavab sessiyası ilə yekunlaşıb.

Sonda Ümumünya Autizm Məlumatlandırma Gününə özəl olaraq “Mavi işıqlandırma” aksiyası keçirilib, Universitetin həyətində tədbir iştirakçıları tərəfindən səmaya simvolik olaraq mavi şarlar buraxılıb.