12 aprel 2023 20:19
753

Millət vəkili və YAP Qaradağ rayon təşkilatının sədri Lökbatan qəsəbəsində bir qrup vətəndaşı qəbul ediblər FOTO

Aprelin  12-də 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə Milli Məclisin deputatı Səbinə Xasayeva YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev ilə birgə  Yeni Azərbaycan Partiyasının  inzibatı binasında bir qrup vətəndaşı qəbul edərək  onların müraciət və təkliflərini dinləyiblər.

“İki sahil” xəbər verir ki,  qəbula gələn vətəndaşlar: Fəhradov Əhməd Məhəmməd oğli, Nurəliyev Coşqun Ağabəy oğlu, Zeynalov Süleyman Ağaverdi oğlu, Bəhrəmova Aysel Fəxrəddin qızı, Quluzadə Rəna Hilal  qızı, Həmidova (Dadaşova) Aynur Bödər qızı, Mikayılova Samira Mikayıl qızı, Çərkəzov Elsevər Hacıbala oğlu, Əhmədova Zəhra İman qızı və başqaları   işə qəbul olunmalarına, mənzillə təmin edilmələrinə, fərdi evlərin tikintisi  üçün torpaq sahəsinin ayrılmasına, aliment borcunu  ödəməkdən boyun qaçıran borclu şəxsin axtarılıb tapilmasına və cəzalandırılmasına,şəxsi problemlərinin həll edilməsinə maddi yardım göstərilməsinə, əhali arasında hüquq təbliğatının gücləndirilməsinə, vətəndaşlara ünvanlı  sosial yardım təyin edilməsinə, aztəminatlı ailələrin sosial rifah halının yüksəldilməsi məqsədilə özünüməşğulluq proqramına cəlb edilməsilə  bağlı məsələlərdə ,  eyni zamanda, onları narahat edən bəzi nöqsan və çatışmazliqların aradan qaldırılmasına köməklik göstərilməsini xahiş ediblər.

Qəbula gələn vətəndaşların müraciətləri qeydə alınıb, onlara lazımi tövsiyələr verilib. Müvafiq qurumlara təqdim edilmək məqsədilə vətəndaşların müraciətləri Milli Məclisin deputatı və partiyanın rayon təşkilatının sədri tərəfindən  nəzarətə götürülüb.

Müraciət edənlər qəbul zamanı onlara göstərilən diqqət və qayğıdan  razı qaldıqlarını bildiriblər, hər belə qəbul və görüşlərin Prezident  İlham Əliyevin vətəndaşların qəbulu və onların problemlərinin həllinə köməklə bağlı verdiyi tövsiyələrinin yerinə yetirilməsinin təzahürü olduğunu qeyd ediblər.