Aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bosniya və Herseqovinaya rəsmi səfərə gəlib.
“İki sahil” xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Sarayevo şəhərinin Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Bosniya və Herseqovinanın xarici ticarət və iqtisadi əlaqələr naziri Staşa Koşarats və digər rəsmi şəxslər qarşıladılar.
TÜRKPA ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin qanun layihəsini pisləyib
Azərbaycan BMT-də enerji səmərəliliyi sahəsində ciddi çağırışların qaldığını vurğulayıb