15 aprel 2023 21:23
463

YAP nümayəndə heyətinin üzvləri Ərzurumda tarixi abidələri ziyarət ediblər

Aprelin 15-də Türkiyədə səfərdə olan Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyətinin üzvləri Cümhuriyyət prospektində yerləşən qədim Ərzurum qalasını və Şəhər Arxivini ziyarət ediblər.

“İki sahil” xəbər verir ki, qonaqlara Şəhər Arxivində Ərzurum qalasının maketləri göstərilib, həmçinin qalanın tarixi haqqında məlumat verilib.

Ərzurum Mədəniyyət və İncəsənət Qalereyası ilə tanışlıqdan sonra YAP nümayəndə heyətinin üzvləri Çifte Minareli Medrese və Ulu Caminidə olublar.

Bununla da YAP-ın nümayəndə heyətinin Türkiyənin Ərzurum şəhərinə səfəri yekunlaşıb.