Milli Məclisin sədri Sahibə Qafarovanın Polşaya rəsmi səfəri çərçivəsində paytaxt Varşavada “Naməlum əsgər” abidəsini ziyarət edib.
“İki sahil” xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Milli Məclisin sədri abidənin önünə əklil qoyub. Sonra Sahibə Qafarova xatirə kitabına ürək sözlərini yazıb.
Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti həmçinin, Varşava Üsyanı Muzeyi ilə də tanış olub.
TÜRKPA ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin qanun layihəsini pisləyib
Azərbaycan BMT-də enerji səmərəliliyi sahəsində ciddi çağırışların qaldığını vurğulayıb