22 aprel 2023 18:36
426

Qobustanda elektrik naqilinin qırılması nəticəsində 10 baş mal-qara tələf olub

Qobustan rayonunda elektrik naqilinin qırılması mal-qaranın tələfatına səbəb olub.

Hhadisə rayonun Ərəbqədim kəndində baş verib.

Qırılaraq yerə düşən elektrik naqilinə toxunan kənd sakinlərinə məxsus 10 baş iribuynuzlu mal-qara tələf olub.

Kənd sakinlərinə ümumilikdə 25 min manatdan çox ziyan dəydiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.

APA