23 aprel 2023 03:03
378

Xaçmazda kafe yanıb

Xaçmaz şəhərində Nəriman Nərimanov küçəsində yerləşən kafedə yanğın hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, yanğın nəticəsində iaşə obyekti tamamilə yanaraq yararsız vəziyyətə düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin Xaçmaz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib. Yanğınsöndürənlərin müdaxiləsi sayəsində yanğının genişlənməsinin qarşısı alınıb və qısa müddətdə söndürülüb.

Faktla bağlı araşdırma aparılır.