Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
“İki sahil” xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb.
Hərəkətdə olan "Mecedes" ilə "NİVA" markalı minik maşınları toqquşub. Qəzadan sonra “NİVA” yoldan çıxaraq aşıb. Nəticədə 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.