24 aprel 2023 17:10
489

Bakıda avtomobillə motosiklet toqquşub - FOTO

Bakıda avtomobillə motosiklet toqquşub, yolda sıxlıq yaranıb.

Bu barədə “İki sahil”ə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Bildirilib ki, hadisə paytaxtın Heydər Əliyev prospekti ilə üzü metronun "Koroğlu" stansiyası istiqamətində qeydə alınıb.

Hazırda yolda böyük sıxlıq müşahidə olunur.