Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Biləsuvar şəhərində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayış nəticəsində yaranmış dağıntı ilə əlaqədar axtarış-xilasetmə əməliyyatı davam etdirilir. Hazırda əməliyyat xüsusi texnikanın tətbiqi ilə həyata keçirilir.
“İki sahil” xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, axtarış-xilasetmə tədbirləri Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti və Muğan Regional Mərkəzinin qüvvələri tərəfindən həyata keçirilir.
Əlavə məlumat veriləcək.