25 aprel 2023 14:30
314

Sofiyada SOCAR-ın Bolqarıstandakı ofisinin açılışı olub, Azərbaycan və Bolqarıstan prezidentləri mərasimdə iştirak edib

Aprelin 25-də Sofiyada SOCAR-ın Bolqarıstan Respublikasındakı ofisinin açılışı olub.

“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev açılış mərasimində iştirak ediblər.