26 aprel 2023 09:01
508

XİN İsrailin müstəqilliyinin 75-ci ildönümü ilə bağlı təbrik ünvanlayıb

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İsrail Dövlətinin müstəqilliyinin 75-ci ildönümü ilə bağlı təbrik ünvanlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə XİN-in "Twitter"dəki paylaşımında bildirilir.

“İsrail Dövlətinin müstəqilliyinin 75-ci ildönümündə Azərbaycan-İsrail əlaqələrinin daha da dərinləşməsini səbirsizliklə gözləyirik”, - Azərbaycanın Xarici İşlər Nazirliyinin paylaşımında qeyd edilir.