26 aprel 2023 09:41
447

Səfir: Azərbaycan və İsrail arasında strateji tərəfdaşlığın möhkəmlənməsini arzulayıram

Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov İsraili Müstəqillik Günü münasibətilə təbrik edib.

“İki sahil” xəbər verir ki, diplomat təbrikini özünün "Twitter" səhifəsində paylaşıb:

“75-ci müstəqillik gününüz mübarək, İsrail! Bütün İsrail xalqına sülh və firavanlıq, həmçinin Azərbaycan və İsrail arasında strateji tərəfdaşlığın möhkəmlənməsini arzulayıram!”, - o bildirib.