26 aprel 2023 10:41
360

Poliatlon çoxnövçülüyü üzrə muxtar respublika birinciliyinin seçmə mərhələsi keçirilib

Şahbuz şəhər stadionunda “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə muxtar respublika birinciliyinin seçmə mərhələsi keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Bildirilıib ki, yarışda 10 komandada ümumilikdə 50 məktəbli iştirak edib. Çoxnövçülükdə məktəblilər 100 və 2000 metr məsafələrə qaçış, qumbaraatma və turnikdə dartınma növlərində öz qüvvələrini sınayıblar.

Yarışın yekununa əsasən Şahbuz şəhər 1 №-li tam orta məktəbin komandası I yerin sahibi olaraq final mərhələsində Şahbuz rayonunu təmsil etmək hüququ qazanıb. Külüs kənd tam orta məktəbinin komandası II, Biçənək kənd tam orta məktəbinin komandası isə III yerə layiq görülüb.

İlk üç yerin sahibi olan komandalara təşkilatçılar tərəfindən kubok və diplom təqdim olunub.