Türkiyənin Ankara-Sivas yüksək sürətli qatar xətti may ayının sonuna qədər ödənişsiz olacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan özünün rəsmi sosial media hesabında bildirib.
Qeyd edək ki, 2009-cu ildə Ankara-Eskişehir xəttinin istifadəyə verilməsi ilə Türkiyə yüksək sürətli qatar texnologiyası ilə tanış olub. Daha sonra bu xəttin ardınca 2011-ci ildə Ankara-Konya, 2013-cü ildə Əskişəhər-Konya, 2014-cü ildə Ankara-İstanbul və Konya-İstanbul xətləri istifadəyə verilib. Nəhayət, 2022-ci ilin yanvar ayında Konya-Karaman xətti istifadəyə verilib.
Məlumat üçün bildirək ki, Ankara-Sivas Yüksək Sürətli qatar xəttinin tikintisinə 2007-ci ildə başlanılıb. Dəmir yolu xəttinin uzunluğu 393 kilometrdir.
Qatar xətti aprelin 26-da istifadəyə verilib.
Misir və ABŞ Qəzzada beynəlxalq sabitlik qüvvələrinin yerləşdirilməsini sürətləndirmək istəyir
Rumıniya Baş Qərargah rəisi: Hava məkanımızı pozan hər hədəf dərhal zərərsizləşdiriləcək