27 aprel 2023 12:16
489

Milli Məclisin deputatları Goranboyda açılışda iştirak ediblər - FOTO

Milli Məclisin deputatları Anar Məmmədov və Ramin Məmmədov Goranboy rayonunun Xoylu kəndində su açılışında iştirak ediblər.

“İki sahil” xəbər verir ki, açılış mərasimində Goranboy Rayon İcra Hakimiyyətinin başçısının müavini, şəhid ailələrinin üzvləri, qazilər və kənd sakinləri iştirak edib.

Onu qeyd edək ki, Anar Məmmədovun təşəbbüsü ilə Goranboy rayonunun Xoylu kəndində 100-ə yaxın ailənin, həmçinin şəhid ailələrinin həyətyanı torpaq sahələrinin suvarılması üçün su çəni istifadəyə verilib.

Millət vəkili Anar Məmmədov çıxış edərək, son illər respublikanın iri şəhər və rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrin də su təchizatının yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Keçirilən mərasimdə çıxış edən şəhid ailələri onların sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.