Ermənilər Rusiyanın Rostov vilayətinə 6 il davam edən Rusiya-Osmanlı müharibəsi bitəndən sonra, 1774-cü ildən etibarən köçürülüblər. Bu, tarixi faktdır. Ancaq ermənilər üçün cəmi 300 il buraları öz tarixi vətənləri elan etməyə kifayət edib.
“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Elnur Allahverdiyev sosial şəbəkə hesabında paylaşıb.

Deputatın paylaşdığı foto-sənəddə bütün ermənilərin katalikosunun (I Vazgen) 12.06.1988-ci il tarixli müraciətindən (Q.Şahnazarovun “Tale” kitabından, səh.50-52; erməni dilində) qeyd verilib:
“Şimali Ermənistanda, Armavirdə (ermənilər Rostov bölgəsini belə adlandırırlar) ağılla məskunlaşdırma aparsaq, torpaqların 80% bizimdir. Narahatlığa heç bir əsas yoxdur, bizi Moskvada yüksək vəzifələr tutan çoxsaylı tərəfdarlarımız dəstəkləyir. Düşünürəm ki, Moskvada 480000 erməninin olması mühüm göstəricidir. Övladlarım, sakit şəkildə, sülhlə evləri alın, yerliləri dilə tutun oradan getsinlər, doğma torpağımızda kök atın. SSRİ süqut edir, tezliklə biz Rusiyanın da dağılmasına səbəb olacağıq. Xalqımızı torpağından didərgin salanlara qarşı səlib yürüşünü başlatmağımızın vaxtıdır. Əgər Şimali Qafqaz torpaqları Rusiyanın tərkibindədirsə, deməli səlib yürüşü də ruslara qarşı yönəlib”.