29 aprel 2023 11:47
518

Birinci rübdə 6,3 mindən çox şəxsə sosial və peşə-əmək reabilitasiyası xidməti göstərilib

448 imtiyazlı şəxs isə sanatoriya-kurort yollayışı ilə təmin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən bu ilin ilk rübündə 6 min 335 şəxs sosial və peşə-əmək reabilitasiyası xidməti ilə təmin olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "İki sahil"ə verilən məlumata görə, onlardan 2176 şəxsə agentliyin sosial xidmət müəssisələrində xidmət göstərilib. Müxtəlif dərəcəli əlilliyi olan 181 gənc Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində müxtəlif peşələr üzrə hazırlıq kurslarına cəlb olunub.

Son 3 ayda tənha ahıl və əlilliyi olan 4 min 159 nəfərə isə evlərində (səyyar) sosial-məişət xidməti göstərilib. Həmin dövrdə 448 imtiyazlı şəxs agentlik tərəfindən sanatoriya-kurort yollayışı ilə təmin olunub.