29 aprel 2023 12:36
699

Ulu Öndərin 100 illik yubileyinə həsr edilmiş şahmat turniri başa çatıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş şahmat turnirinin final mərhələsi və bağlanış mərasimi keçirilib.

DVX-dən "İki sahil"ə verilən məlumata görə, növbəti püşkatmadan sonra VII, VIII və IX turlar üzrə oyunlar keçirilib, iştirakçılar öz şah¬mat bacarıqlarını nümayiş etdiriblər, turnirin qalibləri müəyyənləşib.

Sonra turnir qaliblərinin təntənəli şəkildə mükafatlandırılması mərasimi keçirilib.

Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli turnirin bağlanış mərasimində çıxış edərək qalibləri təbrik edib. Onun sözlərinə görə, ötən əs¬rin 70-ci illərində şahmata olan marağın sürətlə artması nəticəsində bu idman növü nəinki böyük pop¬ulyarlıq qazanıb, eləcə də xalqımızın intellektual dəyərlər¬indən irəli gələrək böyük uğurlara nail olunmuş bir idman sahəsinə çevrilib. So¬vet İttifaqı dövründə dünya şahmat tacı¬nın Azərbaycana gəti-rilməsində də Heydər Əliyevin əvəzsiz xi¬dmətləri olub. Azər-baycanın dövlət müst¬əqilliyinin bərpasın¬dan ötən müddətdə şa-hmat bir idman növü olaraq ölkəmizdə gü¬clü inkişaf edib. Şa-hmatçılarımız müxtəl¬if beynəlxalq yarış¬larda, dünya və Avropa çempionatlarında ölkəmizi layiqincə təmsil edərək yüksək nəticələrə nail olu¬b.

DVX rəisi dövlət başçısı İlham Əliyev tərəfindən də ölkəmizdə şahmatın inkişafına xüsusi diqqət göstərildiyini bildirib, Azərbaycanda şahmatın inkişafının diqqət mərkəzində saxlanıldığı, yeni şahmat məktəblərinin istifadəyə verildiyi vurğulanıb. Qeyd olunub ki, FIDE reytinqinin aprel ayı üçün açıqlanan siyahısında dünyanın ilk onluğunda Azərbaycan şahmatçısı da yer alır. Ölkəmizdə beynəlxalq qrossmeysterlər, beynəlxalq ustalar, FIDE ustaları, FIDE hakimləri və beynəlxalq hakimlər var. Azərbaycan dünya şahmatına Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Vüqar Həşimov kimi şahmatçılar verib.

Xüsusi vurğulanıb ki, şahmat digər peşələr üçün də olduqca vacib xüsusiyyətlər yarada bilən idman növüdür. O insanda diqqət və səbir, planlaşdırma, təsəvvüretmə qabiliyyəti, vaxtın idarəolunması, stressə davamlılıq, iradə və xarakter formalaşdırır. Bu gün vergi xidmətində kadrlarla aparılan işlərin məntiqi əsasları da elə bu prinsiplərə, həmçinin bacarıqların inkişaf etdirilməsi, düşünmə qabiliyyəti və düzgün qərarların qəbulu qaydalarına söykənir.

DVX rəisi bütün qalibləri və iştirakçıları təbrik edib, onlara şəxsi və işgüzar həyat yolunda uğurlar arzulayıb.

Turnirin qalibi Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin əməkdaşı Sahir Əlizadə olub. İkinci yeri Dövlət Vergi Xidmətinin Hüquq baş idarəsinin şöbə rəisi Babək İbrahimov, üçüncü yeri 4 saylı Ərazi Vergilər İdarəsinin şöbə rəisi Şəhriyar Məmmədov tutublar. Qaliblərə diplomlar və qiymətli hədiyyələr təqdim olunub.

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş turnirə aprelin 10-da start verilib. İsveçrə sistemi üzrə keçirilən turnirdə vergi orqanlarının bütün struktur bölmələrindən ümumilikdə 100-ə yaxın əməkdaş iştirak edib.