30 aprel 2023 19:24
521

Amerikalılar Formula 1 Azərbaycan Qran-Prisini izləyiblər

ABŞ-ın bir sıra şəhərlərinin sakinləri il Formula 1 Azərbaycan Qran-Prisini izləyiblər.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat yayıb.

“Biz bu gün Bakı Şəhər Halqası 2023-cü il Formula 1 Azərbaycan Qran-Prisinə ev sahibliyi etməsini təbrik edirik! Səfirliyin nümayəndələri bu gün Mayamidən, Ostindən, Las Veqasdan olan amerikalılarla bu gün baş tutacaq yarışı izləməyə qoşulub. Bütün pilotlara və komandalara uğurlar!”, - səfirlikdən qeyd edilib.