30 aprel 2023 21:02
537

Ərdoğan Ankarada mitinq keçirdi - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 14-nə təyin edilmiş prezident və parlament seçkilərinə hazırlıq məqsədilə bazar günü Ankarada ən böyük mitinqlərdən birini keçirib.

“İki sahil” xəbər verir ki, aksiyada iştirak edənlərin sayı rəsmi olaraq açıqlanmır, lakin burada bir neçə yüz min nəfərdən danışmaq olar.

Ərdoğan mitinq zamanı tərəfdarlarını mümkün qədər fəal olmağa çağırıb, gənclərə xüsusi ümid bəslədiyini dilə gətirib.

“Hər qapını döyəcəyik. Biz Türkiyə əsrini xəyal edirik. Onlar (müxalifət – red.) isə öz arzularını bölünmüş siyasət, qeyri-sabit iqtisadiyyat, zəif demokratiya, dünyada xor baxılan köhnə Türkiyə üzərində qururlar”, - prezident bildirib.