03 may 2023 12:13
429

Göyçayda qanunsuz gil götürülməsi ilə bağlı sənədlər prokurorluğa göndərilib

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Göyçay rayonunun dağlıq ərazisindən qanunsuz gil götürülməsi, eyni zamanda ərazidəki kol bitkilərinin çıxarılması faktı aşkar olunub.

Bu barədə "İki sahil"ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ərazidən 687 m3 həcmində gil kütləsinin götürülməsi və 23 kolun çıxarılmasının “İftixar” kiçik müəssisəsi tərəfindən həyata keçirilməsinə dair əsaslı şübhələr müəyyən olunub. Faktla bağlı akt tərtib edilib.

“Məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.