Astara sakini itkin düşüb.
“İki sahil” xəbər verir ki, Astara rayonunun Pəlikeş inzibati ərazi dairəsinə aid olan Dirya kənd sakini, 1969-cu il təvəllüdlü Eynəli Cəlal oğlu Əzizov srağagün axşam saat 7 radələrində evdən çıxıb və naməlum istiqamətə gedib. Onun evə gəlmədiyini görən yaxınları axtarışa başlayıblar. Bununla bağlı polisə müraciət edilib.
E.Əzizovun tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.