Yalnız “CinemaPlus” kinoteatrlar şəbəkəsində mayın 4-dən etibarən Ceki Çanın iştirakilə “Kung-fu ayğır” döyüş komediya filminin nümayişi başlayır.
“İki sahil” xəbər verir ki, ekran işinin rejissor və ssenaristi Larri Yandır.
Baş rollarda Ceki Çan, Liu HaoCun, Quo Qilin, Yu Rongguang, Andy On çəkilib.
Film məşhur döyüş ustası və onun sadiq atı haqqındadır. Onlar hər küçə döyüşünün TikTok-da paylaşıla biləcəyi dövrdə yaşayırlar. Lao Luo, borclarına görə ondan almaq istədikləri sevimli atını xilas etməyə çalışır.
Lao kollektorlara effektiv şəkildə qarşı durur və bu döyüşün videosu viral olaraq, ona şöhrət gətirir. Ancaq pərəstişkarların sevgisi ilə yanaşı, güclü düşmənlər də onları tapır. Möhtəşəm Ceki Çan geri qayıdır!
Tavatəpədə aparılan arxeoloji tədqiqatlar qədim məskunlaşma tarixinin yeni səhifələrini üzə çıxarır
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfransın açılış mərasimi