Milli Məclisin 96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə YAP-çı deputatı Anar Məmmədov növbəti dəfə Goranboy rayonunun Qazanbulaq qəsəbəsində və Borsunlu kəndində sakinləri qəbul edib. Qəbulda rayon ağsaqqalları, ziyalıları, şəhid ailələrinin üzvləri, qazilər və kənd sakinləri iştirak edib.
“İki sahil” xəbər verir ki, qəbula gələn vətəndaşlar içməli su təminatı və digər problemlərlə bağlı müraciətlər səsləndiriblər. Onların müraciətləri deputat tərəfindən diqqətlə dinlənilib, Milli Məclisin deputatının səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub.
Qəbulda iştirak edən sakinlər müraciətlərinə diqqətlə və həssaslıqla yanaşılmasından məmnunluqlarını bidirərək onlara yaradılan şəraitə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.