08 may 2023 09:12
379

Bakıda “Ümumdünya irsi peşəkarlarının bacarıqlarının gücləndirilməsi” mövzusunda beynəlxalq tədbir keçirilir

Bakıda “Ümumdünya irsi peşəkarlarının bacarıqlarının gücləndirilməsi” mövzusunda beynəlxalq tədbir keçirilir.

“İki sahil” xəbər verir ki, tədbir çərçivəsində ilk dəfə olaraq YUNESKO-nun məşvərətçi təşkilatı olan ICOMOS-un dəvəti ilə dünyanın 17 ölkəsindən olan ekspertlər, mədəni irs sahəsində mütəxəssislər Bakıda bir araya gəlib.

Tədbirə Fransa, Polşa, İsrail, Türkiyə, Bolqarıstan, Sloveniya, Rusiya, Rumıniya, Moldova, Gürcüstan, Pakistan, Qazaxıstan, Özbəkistan, Misir, Oman və digər ölkələrdən iştirakçılar qatılıb.