08 may 2023 15:07
539

Sabiq nazir müavini Rafiq Bayramov azadlığa buraxılıb - FOTO

Prezident İlham Əliyevin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzaladığı əfv sərəncamı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı Cəzaçəkmə Müəssisində icra edilib.

“İki sahil” xəbər verir ki, sərəncam müəssisədə saxlanılan 34 məhkuma şamil edilib. Onlardan 16 məhkum azadlığa buraxılıb, 18 nəfərin isə cəzası azaldılıb.

Azadlığa buraxılanlar içərisində Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov da var.