11 may 2023 10:52
397

Biləsuvarda Ulu Öndərin 100 illiyinə həsr olunmuş konsert proqramı təşkil edilib FOTO

Biləsuvar şəhərindəki Mərkəzi Parkda respublikanın və rayonun tanınmış müsiqiçilərinin müşayəti ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə geniş konsert proqramı nümayiş edilib.

“İki sahil” xəbər verir ki,  tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə geniş məlumat verib.

Natiq bildirdi ki, müasir Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlət quruculuğunun inkişafındakı müstəsna rolu və misilsiz xidmətləri qədirbilən xalqımız tərəfindən daim uca tutulur, əziz xatirəsi dərin ehtiramla anılır.

Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir.

Konsertdən sonra möhtəşəm atəşfəşanlıq olub.