11 may 2023 13:34
404

Azərbaycanın Slovakiyada səfirliyi açılacaq

Azərbaycanın Slovakiyada səfirliyi açılacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Slovakiyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Milan Layçak APA-ya müsahibəsi zamanı bildirib.

Səfirin sözlərinə görə, Bratislavada Azərbaycan səfirliyinin açılması bu ilin iyun ayında gözlənilir.