11 may 2023 20:13
450

Pərvin Gözəlovun elmi məruzəsi beynəlxalq elmi konfransda maraqla qarşılanıb FOTO

Beynəlxalq Muzeylər Şurasının İCOMAM (Hərbi muzeylər, hərb tarixi və silah kolleksiyaları üzrə)  Beynəlxalq komitəsinin İdarə Heyətinin üzvü, “Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq” “QƏSR” GHT-nin sədrinin birinci müavini və İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlovun “Ümummilli lider Heydər Əliyevin 90-cı illərdə xarici siyasəti və azərbaycanşünaslığa töhvəsi barədə” mövzusunda elmi məruzəsi, Bakı Slavyan Universitetində keçirilən Ulu Öndər Heydər Əliyevin 100-nə həsr edilmiş Azərbaycanşünaslığın aktual problemləri Beynəlxalq elmi konfransında maraqla qarşılanıb.

Məruzədə Pərvin Gözəlov Azərbaycanın Respublikası 1991-ci il 18 oktyabr tarixində müstəqillik əldə edəndən sonra, 1 noyabr tarixində Azərbaycan Birləşmiş Millətlər Təşkilatına üzv olmaq üçün müraciət etmişdir. Birləşmiş Millətlər Təşkilatının 13-15 fevral 1992-ci il tarixli iclasında məsələni müzakirə edərək Azərbaycan Respublikasının istəyi təmin edildi və 28 fevral 1992-ci il tarixində BMT-nın Baş Assamleyasının 46-cı sessiyasının müzakirəsində müəyyən tövsiyələrin təqdim edilməsi təklif edildi.   

Keçmiş Sovet birliyindən BMT-yə üzv olmaq istəyən ölkələr dostluq münasibətləri olan ölkələrin vasitəçiliyindən istifadə edirdilər, qeyd olunan məsələdə Azərbaycan Respublikası Türkiyə Cümhuriyyətinə müraciət etdi. Azərbaycanın 2 mart 1992-ci il tarixində BMT-nin üzvü oldu və BMT-dəki Daimi Nümayəndəliyi 6 may 1992-ci il tarixində Nyu-York şəhərində açıldı. Nümayəndəliyin təsis edildiyi ilk gündən, fəaliyyətin bütün istiqamətləri Qarabağ problemi ətrafında real hadisələrin izahına istiqamətləndirilmişdir. Heydər Əliyevin diplomatik səyləri nəticəsində informasiya blokadası tədricən götürüldü. BMT-də və BMT Təhlükəsizlik Şurasının üzvləri ilə aparılan mütamadə müzakirələr, əhəmiyyətli dərəcədə təsiri nəticəsində ermənistan-azərbaycan,  probleminə aid 822, 853, 874 və 884 nömrəli dörd qətnamənin qəbul olmasına nail olundu. Qətnamələrdə tələb edilirdi ki, işğal olunmuş torpaqlardan dərhal, tam və şərtsiz olaraq işğalçı güvələrin çıxarılması, Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığı qeyd edilirdi. Qaçqınların Azərbaycanın tarixi torpaqlarına, daimi yaşayış yerlərinə qayıtmaları təmin edilməli idi.

 P.Gözəlov bildirib ki, baxmayaraq ki, Azərbaycanın 1992-ci ildən Avropa Təhlükəsizliyi və Əməkdaşlığı Təşkilatına üzvlüyü qəbul edilib, yalnız 1993-cü ilin ikinci yarısından Azərbaycan hökuməti tərtib edilmiş prinsipial siyasi strategiyaya başladı. Məhz həmin tarixdən Azərbaycanın 3-cü prezidenti Ümummilli Lider Heydər Əliyev çıxışlarında bəyan edirdi ki, beynəlxalq və regional forumlar vasitəsilə Ermənistan-Azərbaycan problemi barədə həqiqət dünya ictimaiyyətinə çatdırılaraq, regionda sülhə və sabitliyə nail olmaq sürətləndi. Xüsusən vurğulanıldı ki, Azərbaycan istəmədən konfliktə salınmış və Ermənistanın Qarabağla bağlı əsassız iddiaları nəticəsində Azərbaycana məxsus tarixi dədə-baba torpaqları işğal olunmuşdu. Məhz Heydər Əliyevin sahəsində Azərbaycanın haqlı mövqeyinin tərəfdar və Ermənistanın işğalçılığını tənqid edən ölkələrin sayı artdı.1994-cü ilin may ayında atəşkəs rejimi əldə ediləndən sonra, Budapeştə keçiriləcək ATƏT sammiti ərəfəsində Azərbaycan diplomatiyası daha da aktivləşdi. 1994-cü ilin iyul ayında Azərbaycan və Ermənistan prezidentlərinin Moskva görüşündə atəşkəsin saxlanılmasında ümumi razılıq əldə edildi.  BMT və ATƏT-in Dağlıq Qarabağ probleminin həlli ilə bağlı səylərinin koordinasiyasında, bir sıra prinsipial məsələlərin həllinə yanaşmaların dəqiqləşdirilməsində BMT-nin o vaxtkı baş katibi Butros Qalinin Azərbaycana gəlişi mühüm rol oynadı. 30.10.1994-cü il Butros Qali ilə görüşündə Heydər əliyev bildirib ki, tərəf Minsk qrupu ilə və bütövlükdə ATƏT ilə daim əməkdaşlıq edir və regionda səmərəli iş üçün bütün şəraiti təmin etməyə çalışır.  Çox təəssüf ki, ikili standartlar nəticəsində yuxarıda qeyd edilənlərə baxmayaraq, 27 sentyabr 2020-ci il tarixində Ermənistan təxribatı nəticəsində başlayan İkinci Qarabağ müharibəsinə qədər Birləşmiş Millətlər Təşkilatının Qətnamələri həyata keçirilməyərək, digər beynəlxalq təşkilatlar tərəfindən məhəl qoyulmurdu.  P.Gözəlov davam edərək dinləyicilərin diqqətinə çatdırdı ki,  bugünkü real hadisələr Azərbaycanın dünya səviyyəsində gücünü və nüfuzunu bütün müşahidəçilərə açıq şəkildə göstərdi. Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü siyasi-diplomatik addımları sübut etdi ki, Azərbaycan 30 ilə yaxındır ikili standartlara əməl edən və ikitərəfli oyun oynayan yuxarıda adları çəkilən qurumların müdaxiləsi olmadan Azərbaycanda ədalətin bərqərar olması yolunda süni şəkildə yaradılmış bütün çətinlikləri və maneələri aradan qaldırmağa qadirdir.        

Belə ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti təxribatından sonra Azərbaycan silahlı qüvvələri Ali Baş Komandan İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatlarına başlayıb və bu gün Qarabağ torpaqları və ona bitişik Azərbaycan əraziləri Ermənistanın işğaldan azad edilib. Cəsarətli və fəal diplomatik səylər, münaqişə ilə bağlı geniş məlumatlar və Azərbaycan rəhbərliyinin sülhsevər təşəbbüsləri sayəsində Azərbaycan Prezidenti İlham Əliyev qısa müddətdə dünyanın aparıcı dövlətlərinin və ayrı-ayrı nüfuzlu siyasətçilərin problemə yanaşmasını kökündən dəyişdi. Təəssüf ki, İkinci Qarabağ müharibəsindən əvvəlki dövrdə real dəyişikliklər olmadı. Lakin 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı birləşmələrinin növbəti hərbi təxribatı nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hücum əməliyyatları nəticəsində əks-hücum fəaliyyətinə başlanılması və Azərbaycanın siyasi qətiyyətinin və taktiki addımlarının göstəricisidir. Azərbaycan Ordusu Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdi.