12 may 2023 16:18
419

Nizami rayonunda “Heydər Əliyev və onun Azərbaycan təhsilində rolu” mövzusunda seminar keçirilib FOTO

“Heydər Əliyev İli” çərçivəsində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev və onun Azərbaycan təhsilində rolu” mövzusunda seminar keçirilib.

“İki sahil” xəbər verir ki,  seminar iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib, muzeylə tanış olublar.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan seminarda Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.

Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Ülkər Səttarova, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov çıxış ediblər.

Qeyd edilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir.

Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin 34 illik fəaliyyəti tariximizin şanlı səhifəsi, Azərbaycanın inkişaf və tərəqqi səlnaməsi, hər anı böyük uğurlar və nailiyyətlərlə ölçülən təkrarolunmaz siyasi məktəb və onun zəngin, çoxşaxəli irsi xalqımızın milli sərvətidir. Xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır. Xüsusilə vurğulanıb ki, Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün Ulu Öndərin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir.

Sonda xatirə şəkli çəkdirilib.