13 may 2023 22:14
381

Ölkəmizdə koronavirusa yoluxanların sayı açıqlandı

Ötən gün ölkəmizdə aparılan 1 min 339 test nəticəsində məlum olub ki, 10 nəfər koronavirusa (COVID-19) yoluxub.

“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, 3 nəfərin dünyasını dəyişdiyi son sutka ərzində 28 nəfər COVID-19 xəstəsi sağlamlığına qovuşub.