14 may 2023 16:07
495

Əminə Ərdoğan səsvermədə iştirak edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı, birinci xanım Əminə Ərdoğan bu gün keçirilən seçkilərdə səs verib.

“İki sahil” xəbər verir ki, bu barədə xanım Ərdoğan  sosial media hesabından paylaşım edib.

"Sevimli nəvəmizlə birlikdə səsimizi verdik. 2023-cü il Prezident və 28-ci çağırış parlament seçkilərinin ölkəmizə xeyirli olmasını arzulayırıq. Millətimizə və səsvermə müddətində əməyi keçən bütün seçki məntəqələrimizin rəsmilərinə uğurlar arzulayıram”, - Ə.Ərdoğan qeyd edib.