Türkiyə Müharibə Qaziləri Dərnəyinin Antalya şöbəsində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş təntənəli görüş keçirilib.
“İki sahil” xəbər verir ki, görüş AVMVİB Sədrinin səlahiyyətli nümayəndəsi polkovnik Elmar Hüseynovun Türkiyənin Antalya şəhərində səfəri çərçivəsində keçirilib.
Görüşdə Türkiyə Müharibə Qaziləri Dərnəyinin Antalya şöbəsinin başqanı təqaüddə olan polkovnik Zeynal Abidin Sezer, başqan yardımçısı Esat Tonguç, ASKEF başqanı Savaş Unal, Türkiyəli yazar Ali Küçük, Qazi Aydın Acar, Türkiyə-Rusiya üzrə vəkil Emilo Hüseynov, polkovnik Elmar Hüseynov və digər qazilər iştirak ediblər.
Polkovnik Elmar Hüseynov Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ordu quruculuğu istiqamətində tarixi rolundan danışıb. 2020-ci ilin 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qələbədən ətraflı söhbət açıb.
Antalya Müharibə Qaziləri Dərnəyinin başqanı polkovnik Zenal Abidin Sezer Türkiyə-Azərbaycan qardaşlığından bəhs edib.
Sonra ASKEF Başqanı Savaş Unal, Türkiyə-Rusiya üzrə vəkil Emil Hüseynov, qazi Aydın Acar çıxış ediblər. Sonda ABMVİB-nin təsis etdiyi Fəxri Fərmanlar polkovnik Elmar Hüseynov tərəfindən iştirakçılara təqdim edilib.
Görüşdə xatirə şəkilləri çəkilib.