Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin 2-ci kurs tələbəsi Sadiq Qasımov Avropa Birliyinin rəsmi veb səhifəsində boşluq aşkar edib.
“İki sahil” xəbər verir ki, aşkarladığı boşluğu CERT-EU (The Computer Emergency Response Team for the EU institutions, bodies and agencies) saytına bildirən tələbə təsdiq cavabını alıb və bir müddət sonra məlumatlar saytın "Hall of Fame" hissəsində 2 dəfə paylaşılıb.
Bu məlumatla CERT-EU HoF: https://cert.europa.eu/hall-of-fame saytında tanış olmaq olar.
Qeyd edək ki, Sadiq Qasımov bu yaxınlarda AzTU-da keçirilən kibertəhlükəsizlik üzrə CTF (Capture-The-Flag) yarışında birinci yerə layiq görülüb.
YAP Qaradağ rayon təşkilatının inzibati binasının yerləşdiyi ərazidə iməclik keçirilib
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Xızıda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib